UEFA Gənclər Liqası: "Qəbələ" böyük hesabla uduzub

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, Famil Xəlilovun baş məşqçi olduğu komanda Çempionlar Yolunda Niderland təmsilçisi AZ ilə üz-üzə gəlib. Qəbələ şəhər stadionundakı görüş "qırmızı-qaralar"ın 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qonaqların heyətində qolları 15 və 59-cu dəqiqələrdə Nik Koster, 54-cü dəqiqədə Lüis Şouten və 78-ci dəqiqədə Ro-Zangelo Daal vurublar.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü oktyabrın 19-da “AZ Təlim-Məşq Mərkəzi”ndə baş tutacaq. Cütün qalibi növbəti raundda “Csikszereda" (Rumıniya) - "Anje" (Fransa) duelinin güclüsü ilə görüşəcək.

Digər xəbərlər