UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turuna yekun vurulub.
"Report"un məlumatına görə, ikinci oyun günündə E, F, G və H qruplarında yer alan komandalar qarşılaşıblar. Turnirin son qalibi İngiltərə "Liverpul"u Avstriya "Zatlsburq"unu qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:3. Qollardan 2-ni Məhəmməd Salah vurub.
Gecənin mərkəzi qarşılaşması İspaniyada "Barselona" və İtaliya "İnter"i arasında oynanılıb. Matçın əvvəllərində qonaqlar hesabda önə çıxsalar da, meydan sahibləri ikinci hissədə Luis Suaresin "dubl"u sayəsində qələbəyə nail olublar - 2:1.
İspaniyadakı daha bir qarşılaşmada isə "Valensiya" Hollandiya "Ayaks"ına böyük hesabla uduzub - 0:3.
Çempionlar Liqası
Qrup mərhələsi, II tur
E qrupu
20:55. "Genk" (Belçika) - "Napoli" (İtaliya) - 0:0
23:00. "Liverpul" (İngiltərə) - "Zaltsburq" (Avstriya) - 4:3
Qollar: Sadio Mane, 9. Endi Robertson, 25. Məhəmməd Salah, 36; 69 - Hi Çan Hvanq, 39. Takumi Minamino, 56. Erlinq Braut Haaland, 60
Xal durumu: "Napoli" - 4, "Zaltsburq" - 3, "Liverpul" - 3, "Genk" - 1.