UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək "Sabah" - TNS oyununa indiyədək 3000 bilet satılıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisi məlumat yayıb.
Xatırladaq ki, qarşılaşma iyulun 7-də "Bank Respublika Arena"da, saat 20:00-da start götürəcək. Cavab matçı iyulun 14-də Uelsdə baş tutacaq.