UEFA AFFA-nı 6000 avro cərimələyib

UEFA Azərbaycanın əsas millisinə görə AFFA-nı cərimələyib.

"Report"un məlumatına görə, buna yığmanın evdə Avstriyaya qarşı keçirdiyi AVRO-2024-ün seçmə mərhələ oyunu səbəb olub.

Komandanın 5 üzvü sözügedən matçda sarı vərəqə aldığı üçün milli assosiasiya 6000 avro ödəməlidir.

Qeyd edək ki, görüş Avstriyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Milli üzvlərindən Coşqun Diniyev, Anton Krivotsyuk, Toral Bayramov, Şahrudin Məhəmmədəliyev və Ramil Şeydayev sarı vərəqə ilə cəzalandırılıb.

Digər xəbərlər

Ədalətin zəfəri - FOTOREPORTAJ 22 yanvar, 2026 / 00:46