​Türkiyənin Gəncədəki baş konsulu "Kəpəz" klubunun qonağı olub

Bakı. 6 noyabr. REPORT.AZ/ Türkiyənin Gəncə şəhərindəki baş konsulu Orxan İşık "Kəpəz" klubunu ziyarət edib. "Report"un klub saytına istinadən verdiyi məlumata görə, O.İşıq və konsulluğun əməkdaşları klubun icraçı direktoru Mehman Allahverdiyevlə görüşüb.

Klub rəsmisi qonaqlara komandanın tarixi, nailiyyətləri və Azərbaycan Premyer Liqasının cari mövsümdəki çıxışı barədə məlumat verib. 

Xəbər lenti

Tramp: "Putin odla oynayır" 27 may, 2025 / 20:45