"Vanspor" klubunun futbolçusu Hamza Küçükköylü Türkiyənin 2-ci liqasında (səviyyəcə 3-cü) baxımlı qola imza atıb.
"Report"un məlumatına görə, 25 yaşlı hücumçu "İnegöl"lə oyunda öz cərimə meydançalarından fərqlənib. Görüşdə dubla imza atan Küçükköylü 58-ci dəqiqədə fərqi iki topa çatdırıb.
Qeyd edək ki, qarşılaşma "Vanspor"un 3:1 hesablı qələbəsi ilə bitib.