Türkiyə millisinin sabiq baş məşqçisi Ştefan Kuntz Almaniyanın "Hamburq" komandasının idman direktoru təyin olunub.
"Report" II Bundesliqa klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis bu postda Yonas Boldu əvəzləyib.
Qeyd edək ki, Ş.Kuntz 2021-2023-cü illərdə Türkiyə yığmasını çalışdırıb.