Türkiyə klubu baş məşqçisini qovdu

Türkiyənin "Konyaspor" komandasının baş məşqçisi İsmayıl Kartal istefaya göndərilib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib.

O, 2020-ci ilin sentyabrından Superliqa təmsilçisinə başçılıq edirdi.

Qeyd edək ki, son turda səfərdə "Beşiktaş"a 0:1 hesabı ilə uduzan "Konyaspor" 22 oyundan sonra 24 xalla 15-ci pillədə qərarlaşıb.

Digər xəbərlər