"Turan Tovuz" yeni transferini açıqlayıb.
Bu barədə "Report"a Tovuz təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Komanda son olaraq "Sumqayıt"ın formasını geyinən serbiyalı yarımmüdafiəçi Aleksa Yankoviç ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu karyerası ərzində vətənində "Partizan", "Çukariçki", "Vozdovaç" klublarında çıxış edib.