"Turan Tovuz" və Türkiyənin "Fənərbağça" komandaları arasında keçiriləcək yoldaşlıq oyununun başlama saatı açıqlanıb.
Bu barədə "Report"a Azərbaycan klubunun mətbuat xidmətdindən məlumat verilib.
Oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın start fiti saat 20:00-da səslənəcək.
Qeyd edək ki, qarşılaşmanın biletləri sabahdan etibarən satışa çıxarılacaq.