"Tottenhem" yeni baş məşqçisini açıqlayıb

İngiltərənin "Tottenhem" klubu yeni baş məşqçisini açıqlayıb.

"Report" London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda italiyalı Antonio Konteyə tapşırılıb.

52 yaşlı mütəxəssisin müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Antonio Konte bu vəzifədə ötən gün istefaya göndərilmiş Nunu Eşpiritu Santunu əvəzləyib.

Digər xəbərlər