"Tottenhem" son 20 ildə ən pis göstəricisinə imza atıb

İngiltərənin "Tottenhem" klubu son 20 ildə ən pis göstəricisinə imza atıb.

"Report"un "Squawka"ya istinadən məlumatına görə, bu, ötən gün Premyer Liqanın XXXII turunda səfərdə "Vulverhempton"a məğlubiyyətdən (2:4) sonra reallaşıb.

Angelos Postekoqlunun komandası çempionatda 17-ci məğlubiyyətini alıb. Hotspur təmsilçisi sonuncu dəfə 2003/2004 mövsümündə oxşar halla üzləşmişdi. Komanda 19 məğlubiyyətə üzülmüşdü.

“Tottenhem” həmçinin aşkar autsayderlər - “Lester” və “Sauthempton”dan sonra Premyer Liqanın cari mövsümündə 10 və ya daha çox səfər oyununda məğlub olan üçüncü komandadır.

Qeyd edək ki, "Tottenhem" 32 turdan sonra 37 xalla 15-ci pillədə qərarlaşıb.

Xəbər lenti