"Sumqayıt" millimizin müdafiəçisi ilə anlaşdı

"Sumqayıt" daha bir futbolçusu ilə anlaşıb.

"Report"un məlumatına görə, "gənclik şəhəri" təmsilçisi Azərbaycan millisinin müdafiəçisi Elvin Bədəlovla yeni müqavilə imzalayacaq.

26 yaşlı oyunçu ilə sözləşmənin müddəti 2 illik olacaq.

Qeyd edək ki, Elvin Bədəlov 2019-cu ilin fevralından "Sumqayıt"da çıxış edir.

Digər xəbərlər

Ramos Parisə qayıda bilər 04 yanvar, 2026 / 09:14