"Sumqayıt" millimizin futbolçusu ilə müqaviləni yenilədi

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" klubu daha bir futbolçusu ilə müqavilə müddətini artırıb.

"Report" "gənclik şəhəri" təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, mərkəz müdafiəçisi Höccət Haqverdi daha 2 mövsüm komandanın formasını geyinəcək.

Qeyd edək ki, Höccət Haqverdi ötən mövsüm 15 oyunda meydana çıxıb. O, həmçinin Azərbaycan millisinin son təlim-məşq toplanışında Belarus və Moldova ilə keçirdiyi oyunlarda da çıxış edib.

Digər xəbərlər