"Sumqayıt" klubu Mamadi Banqreni transfer edib

"Sumqayıt" klubu son olaraq Fransanın "Qrenobl" komandasında çıxış etmiş Mamadi Banqreni transfer edib.

Bu barədə "Report"a klubdan məlumat verilib.

Futbolçu ilə "1+2" illik müqavilə imzalanıb.

25 yaşlı vinger "Sumqayıt"da 11 nömrəli formada çıxış edəcək.

Banqre Fransanın "Tuluza" klubunun yetirməsidir. O, karyerası ərzində "Tuluza", "Trua", "Pau" və "Qrenobl" komandalarının formasını geyinib. Futbolçu Burkina Faso millisində isə 9 oyun keçirib.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52