"Sumqayıt"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.
"Report" xəbər verir ki, Samir Abasovun yetirmələri turnirin II təsnifat mərhələsində Macarıstanın "Fehervar" kollektivini üstələyərsə, "Omoniya" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Konfrans Liqasının III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.