"Sumqayıt"ın futbolçusu Nsana Simon zədələnib

"Sumqayıt"ın futbolçusu Nsana Simon zədələnib.

"Report"un Tovuza ezam olunan əməkdaşı xəbər verir ki, fransalı yarımmüdafiəçi Misli Premyer Liqasının XXVII turunda "Turan Tovuz"a qarşı keçirilən matçın 32-ci dəqiqəsində zədələnərək məcburi əvəzlənib.

Onun əvəzinə meydana Sedrik Badalo çıxıb.

Qeyd edək ki, matç Tovuz təmsilçisinin 1:0 hesablı üstünlüyü ilə davam edir.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52