Koronavirusa yoluxan "Spartak"ın prezidenti xəstəxanadan çıxdı

Bir müddət öncə koronavirusa yoluxduğu üçün xəstəxanaya yerləşdirilmiş Rusiyanın "Spartak" klubunun sahibi Leonid Fedun evə buraxılıb.

"Report"un məlumatına görə, bu barədə Moskva təmsilçisinin prezidenti "Sport-Express"ə bildirib.

Klub prezidenti müalicəsini evdə davam etdirəcək.

Qeyd edək ki, Leonid Fedunda virusun simptomları mayın 7-də aşkarlanıb.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52