Şotlandiya klubu "Qarabağ"la oyun üçün Bakıya yollanıb

Şotlandiyanın "Aberdin" klubu "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu üçün Bakıya yola düşüb.

"Report"un məlumatına görə, komanda günün ikinci yarısında Azərbaycan paytaxtında olacaq.

Avqustun 18-də baş məşqçi Stiven Qlassın mətbuat konfransı saat 19:30-da başlayacaq.

Qeyd edək ki, avqustun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Aberdin" oyunu saat 20:00-da start götürəcək. Cavab qarşılaşması bir həftə sonra baş tutacaq.

Digər xəbərlər