Sloveniya - Serbiya matçının ən yaxşı futbolçusu müəyyənləşib

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin II turunda baş tutan Sloveniya - Serbiya matçının (1:1) ən yaxşı futbolçusu müəyyənləşib.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, sloveniyalıların heyətində Yan Karniçnik qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

29 yaşlı müdafiəçi Serbiya ilə matçda komandasının yeganə qolunu vurub.

Digər xəbərlər