Türkiyə Superliqasının lideri "Sivasspor" ölkə kubokunun 1/4 final mərhələsində "Antalyaspor"la sabahkı cavab oyununun hazırlıqlarını başa vurub.
"Report"un məlumatına görə, dünən gecə saatlarında başlayan qar yağışı səbəbindən Sivas bölgəsində qarın hündürlüyü yarım metrə çatıb. Komanda üzvləri məşq prosesindən sonra qarda doyunca əylənib, çoxlu şəkil çəkdiriblər. Klubun sosial şəbəkə hesablarında paylaşılan fotolar yerli azarkeşlər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, komandalar arasında Antalyada keçirilən ilk oyunda hesab açılmayıb.