"Şimal" klubu nigeriyalı Umar Abubakarı heyətinə qatıb

Azərbaycan I Liqasında çıxış edən "Şimal" klubu heyətinə nigeriyalı futbolçu qatıb.

"Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

21 yaşlı yarımmüdafiəçi Umar Abubakarla mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.

Xatırladaq ki, oyunçu Moldovanın "Saksan" və Tacikistanın "İstiklol" komandalarında çıxış edib.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52