"Sevilya" baş məşqçisini istefaya göndərib

İspaniyanın "Sevilya" klubu baş məşqçisi Xose Luis Mendilibarla yollarını ayırıb.

"Report" xəbər verir ki, bu barədə Əndəlüs təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, "Sevilya" La Liqada 8 oyundan sonra 8 xalla 14-cü pillədə qərarlaşıb. Mendilibar ötən mövsüm komanda ilə UEFA Avropa Liqasının qalibi olub.

Digər xəbərlər

Napoli yeni transferini açıqlayıb 25 yanvar, 2026 / 13:25