Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi: "Uruqvayla oyunda qazanılan 1 xal çox dəyərlidir"

Uruqvayla oyunda qazanılan 1 xal çox dəyərlidir.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Yorqos Donis Uruqvaya qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis komandasının güclü rəqibə qarşı çıxış etdiyini bildirib:

"Təşkilatlanmış müdafiə sərgilədiyimizi və oyun planına sadiq qaldığımızı söyləyə bilərəm. Bu matçda qazanılan 1 xal həqiqətən çox dəyərlidir. Növbəti matçlarda da ən azı eyni uğuru təkrarlamağa çalışacağıq"

Qeyd edək ki, Səudiyyə Ərəbistanı - Uruqvay matçı 1:1 hesabı ilə yekunlaşıb.

Digər xəbərlər