Səudiyyə Ərəbistanı hökumətinin nümayəndələri "Real" (Madrid) klubunun futbolçusu Vinisius Juniorla danışıqlar aparmaq üçün İspaniyaya yollanıblar.
"Report" "Footmercato"ya istinadən xəbər verir ki, asiyalılar braziliyalı vingerin "Əl-Hilal”a keçməsini istəyirlər.
Hücumçuya 4 mövsüm ərzində dünyada heç bir futbolçunun almadığı illik maaşla müqavilə şərtləri təklif olunub.
Vinisiusun bu təklifi 2026-cı ildə dəyərləndirəcəyi bildirilir.