Hesabda irəlidə olarkən qalib gələ bilməmək çox üzücüdür.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu futbol üzrə Bosniya və Herseqovina millisinin baş məşqçisi Serqey Barbarez DÇ-2026-da Kanadaya qarşı keçirilən oyundan sonra deyib.
Mütəxəssis heç-heçə yekunlaşan qarşılaşmanı şərh edib:
"Hesabda irəlidə olarkən qələbə qazana bilməmək çox üzücüdür. Matç boyunca yaxşı fürsətlər qazandıq. Bəzi epizodlarda bəxtimiz gətirdi. Nəticə oyuna uyğun oldu. 1 xalı bizim üçün yaxşı hesab edirəm".
Qeyd edək ki, Kanada - Bosniya və Herseqovina oyunu 1:1 hesabı ilə başa çatıb.