“Milan” futbol üzrə İtaliya çempionatının 34-cü turu çərçivəsində səfərdə “Latsio”nu məğlub edib.
“Report” xəbər verir ki, Romada keçirilən görüş 2:1 hesabı ilə başa çatıb.
Meydan sahiblərinin heyətində Çiro İmmobile (4-cü dəqiqə) fərqlənib, Olivye Jiru (50) və Sandro Tonali (90+2) isə “Milan”ın qollarına imza atıblar.
“Milan”ın son 3 görüşünü zədə səbəbindən buraxan hücumçu Zlatan İbrahimoviç 68-ci dəqiqədə meydana daxil olub, məhsuldar ötürmə edib və sarı vərəqə alıb.
Qeyd edək ki, “Milan” 74 xal toplayıb və A Seriyasında ikinci yerdə qərarlaşan “İnter”i iki xal qabaqlayaraq birinci yerdədir.