"Traktor" İran çempionatında ən yaxın izləyicisi "Sepahan"la heç-heçə edib.
"Report"un məlumatına görə, XXI turun oyunu qolsuz bərabərliklə başa çatıb.
Bu nəticədən sonra xallarının sayını 45-ə çatdıran Təbriz təmsilçisi liderliyini davam etdirir.
"Sepahan" 44 xalla ikinci pillədə qərarlaşıb.