Yeni mövsümün hazırlıqlarını davam etdirən "Şəfa" ilk legioner futbolçu transferini reallaşdırıb.
Bu barədə "Report"a klubun mətbuat xidmətindən məlumat verilib.
Yarımmüdafiəçi Vlad Marian Pop heyətə cəlb olunub. Rumıniyalı oyunçu ilə "1+1" illik müqavilə imzalanıb.
Rumıniyanın U-21 millisinin sabiq üzvü olan Vlad Marian Pop son olaraq "Unirya"nın (Sloboziya) formasını geyinib. 25 yaşlı futbolçu karyerası ərzində "Universitatya" (Krayova) və "Mioveni" klublarda da çıxış edib.