"Səbail" Premyer Liqa klubunun futbolçusunu transfer edib

2025/2026 mövsümündə Azərbaycan I Liqasında çıxış edəcək "Səbail" yeni transferini açıqlayıb.

Klubdan "Report"a verilən məlumata görə, "dənizçilər" yarımmüdafiəçi Turan Vəlizadəni icarə əsasında sıralarına cəlb edib.

24 yaşlı oyunçu ötən mövsümü Premyer Liqa təmsilçisi "Araz-Naxçıvan"da keçirib.

Digər xəbərlər