"Səbail" klubunun yeni baş məşqçisi müəyyənləşib

Bakı. 25 may. REPORT.AZ/ “Səbail” klubunun yeni baş məşqçisi məlum olub. 

"Report"un klubun Mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, milli komandanın sabiq üzvü Aftandil Hacıyevlə 2+1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, A.Hacıyev ötən mövsüm “Qarabağ”ın əvəzedici heyətinin baş məşqçisi olub.

Digər xəbərlər