Azərbaycan I Liqasında çıxış edən "Səbail" legioner futbolçu transfer edib.
Klubdan "Report"a verilən məlumata görə, "dənizçilər" son olaraq Kosovanın "Dukagjini" kollektivində çıxış etmiş iranlı hücumçu Ali Babaei ilə anlaşıb.
24 yaşlı futbolçunun müqaviləsinin müddəti birillikdir.
Qeyd edək ki, "Səbail" ötən mövsüm Misli Premyer Liqasında 22 xalla sonuncu yeri tutaraq I Liqaya yollanıb.