"Səbail"in baş məşqçisi: "65-ci dəqiqədən sonra meydanda yalnız "Neftçi" var idi"

"Çox danışmağa ehtiyac yoxdur. İki komandanı müqayisə etsək, hədəflər bəllidir".

"Report"un məlumatına görə, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Neftçi"yə 0:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XX turunun oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, bu dəfə oyunu 3 hissəyə bölmək lazımdır: "İlk yarıda çox yaxşı oynadıq. "Neftçi"nin qapısına penalti təyin olunmalı idi. 65-ci dəqiqədən sonra meydanda sadəcə, rəqib vardı. Məni düşündürən məğlubiyyət deyil, son 25 dəqiqədəki oyunumuzdur. "Neftçi"nin ustalığı özünü göstərdi".

Baş məşqçinin sözlərinə görə, bugünədək ən ağır qrafiklə oynayan komanda "Səbail"dir: "Qarşıdakı fasilədən maksimum yararlanmağa çalışacağıq".

Digər xəbərlər