"Səbail" baş məşqçisi ilə bağlı qərarını verdi

"Səbail" klubunda baş məşqçi Aftandil Hacıyevin taleyinə aydınlıq gəlib. 

Klubun Mətbuat xidmətinin rəhbəri Törə Əhmədovanın "Report"a verdiyi məlumata görə, 39 yaşlı mütəxəssislə müqavilənin müddəti uzadılıb. 

Gənc baş məşqçi 2020/2021 mövsümündə də komandanın sükanı arxasında olacaq. Klub Aftandil Hacıyevin köməkçiləri ilə də razılıq əldə edib. 

Qeyd edək ki, Aftandil Hacıyev 2018-ci ildən "Səbail"in baş məşqçisidir. O, 2018/2019 mövsümündə komanda ilə çempionatın bürünc medalına sahib olub və Avropa Liqasına vəsiqə qazanıb. 

Digər xəbərlər