"Şaxtyor" yeni baş məşqçisini açıqlayıb

Ukraynanın "Şaxtyor" (Donetsk) klubu yeni baş məşqçisini açıqlayıb.

"Report" Donetsk təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda xorvatiyalı İqor Yoviçeviçə tapşırılıb.

49 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Yoviçeviç bu postda Roberto De Zerbini əvəzləyib.

Digər xəbərlər