"Neftçi" "Olimpiakos"la transfer danışıqları aparır

"Neftçi"nin futbolçusu Mamadu Kanenin Yunanıstan "Olimpiakos"una mümkün keçidi ilə əlaqədar danışıqlar davam edir.

"Report"un məlumatına görə, bu barədə "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov açıqlama verib. 43 yaşlı mütəxəssis bildirib ki, məsələyə yaxın günlərdə aydınlıq gələcək.

Onun fikrincə, Kanenin "Olimpiakos"a transferi alınarsa, bunun qarşısını kəsmək insafsızlıq olar: "Hamı belə komandalarda oynamağa can atır. Danışıqlarımız davam edir. Yaxın günlərdə məsələyə aydınlıq gələcək".

Digər xəbərlər

Bavariyada məşqçi təyinatı olub 02 yanvar, 2026 / 13:31