"Şamaxı" gürcüstanlı hücumçu Tornike Axvledianini heyətinə qatıb

"Şamaxı" klubu gürcüstanlı hücumçu Tornike Axvledianini heyətinə qatıb.

Bu barədə "Report"a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Klub 26 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Tornike Axvlediani son olaraq Gürcüstanın "İberiya 1999" komandasında çıxış edib.

Digər xəbərlər