Bakı. 15 may. REPORT.AZ/ 2018/2019 mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Sabah” komandasının baş məşqçisi postuna Elşad Əhmədov təyin olunub.
Bu barədə “Report”a 48 yaşlı mütəxəssisin özü məlumat verib.
Qeyd edək ki, E.Əhmədov başa çatan mövsümdə I Divizionun qalibi olan “Xəzər”ə rəhbərlik edib.