"Sabah"ın UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
"Report"un məlumatına görə, Bakı klubu Uels təmsilçisi TNS-lə qarşılaşacaq.
Püşkatma mərasimi İsveçrənin UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçirilib.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək. Valdas Dambrauskasın baş məşqçisi olduğu "Sabah" ilk matçı evdə keçirəcək.