"Sabah"ın futbolçusu Azərbaycan millisində qol hesabını açıb

"Sabah"ın futbolçusu Aleksey İsayev Azərbaycan millisində qol hesabını açıb.

"Report"un məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi buna səfərdə Moldovaya qarşı keçirdikləri yoldaşlıq oyununda fərqlənməklə nail olub.

42-ci dəqiqədə rəqib qapısına yol tapan təcrübəli oyunçu bunu yubiley - 10-cu görüşündə bacarıb.

Qeyd edək ki, hazırda Moldova - Azərbaycan matçında fasilədir. İlk hissədən sonra Canni De Byazinin baş məşqçi olduğu komanda 2:0 hesabı ilə öndədir. İlk qolu 28-ci dəqiqədə Emin Mahmudov vurub.

Digər xəbərlər