"Sabah" futbolçusu ilə yollarını ayırıb

“Sabah” futbolçusu Namik Ələskərovla yollarını ayırıb.

Klubdan "Report"a verilən məlumata görə, yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Qeyd edək ki, o, 2022-ci ildən “bayquşları”ın uğurları üçün çalışıb. N.Ələsgərov paytaxt təmsilçisinin heyətində 83 oyun (7 qol) keçirib.

30 yaşlı oyunçu “Sabah”da Premyer Liqanın gümüş medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52