Bakı. 5 fevral. REPORT.AZ/ Avropa çempionatının elit-raunduna hazırlaşan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının fevralın 6-dan 9-dək Bakıda, ayın 10-dan 18-dək isə İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışı olacaq.
"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv hazırlıq prosesi çərçivəsində fevralın 12-də İspaniyanın, iki gün sonra “Ranero” klubunun və fevralın 17-də Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə yoldaşlıq oyunları keçirəcək.
Murad Mahmudov və Maksim Bayramov komandanın düşərgəsinə fevralın 10-da qoşulacaq.
Toplanışa dəvət olunmuş futbolçuların siyahısı
| № | AD, SOYAD | KLUB |
| 1 | Nicat Mehbaliyev | Qarabağ |
| 2 | Nail Alışov | Neftçi |
| 3 | Əkbər Vəliyev | Keşlə |
| 4 | Elnur İbrahimov | Spartak-2 (Moskva, Rusiya) |
| 5 | İbrahim Hüseynov | Qarabağ |
| 6 | Zahid Mərdanov | Sabah |
| 7 | Rauf Hüseynli | Qarabağ |
| 8 | Rüstəm Nuriyev | Qəbələ |
| 9 | Vüsal Məsimov | Qəbələ |
| 10 | Zamiq Əliyev | Qarabağ |
| 11 | Şakir Seyidov | Sabah |
| 12 | İdris İnqilablı | Qəbələ |
| 13 | Turan Vəlizadə | Neftçi |
| 14 | Maksim Bayramov | Bielefeld (Almaniya) |
| 15 | Tural Bayramov | Qarabağ |
| 16 | Elvin Cəfərquliyev | Qarabağ |
| 17 | Murad Mahmudov | FSV Frankfurt (Almaniya) |
| 18 | Kamran Quliyev | Jonova (Litva) |
| 19 | Musa Qurbanlı | Qarabağ FK Ağdam |
| 20 | Emil Qasımov | Sabah FK Bakı |