Qadınlardan ibarət Rusiya Super Liqasında iştirak edən "Yenisey" komandası Azərbaycan millisinin futbolçuları Diana Məmmədova və Alina Dorofoyeva ilə müqavilənin müddətini uzadıb.
"Report" AFFA-nın rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, onların sözləşmələri müvafiq olaraq 1 və 2 müddətinə yenilənib.
Qeyd edək ki, daha əvvəl "Zenit" klubu yığmanın digər üzvü Jalə Məhsimova ilə bir illik yeni müqavilə imzalayıb.