Röya Ayxan Avropa çempionatının səfiri olub

Bakı. 19 fevral. REPORT.AZ/ Populyar müğənni, əməkdar artist Röya Ayxan Bakıda təşkil olunacaq 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının səfiri olub. 

"Report"un məlumatına görə, bu gün AFFA-nın inzibati binasında çempionatın səfiri olmasını əks etdirən lövhə Röya Ayxana təqdim edilib.

Qeyd edək ki, yarış 5-21 mayda keçiriləcək. 

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52