Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu yeni müqavilə ilə bağlı danışıqları dayandırıblar.
"Report" xəbər verir ki, bu barədə İspaniyanın "Marca" nəşri məlumat yayıb.
Ölkə çempionatının XXX turunda "Əl-İttihad"la oyundan (2:3) sonra 40 yaşlı hücumçunun davranışı klub rəhbərliyinin xoşuna gəlməyib. Final fitindən sonra meydanı tərk edən forvard jestlər edib və nəticədən narazılığını bildirib.
Qeyd edək ki, Ronaldunun hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir. Portuqaliyalı oyunçu 2023-cü ildən "Əl-Nəsr"də çıxış edir.