Ronaldu ardıcıl ikinci matçda het-trik edib

Səudiyyə Ərəbistanı Pro Liqasının XXVI turunun matçında “Abha” doğma meydanda “Əl-Nəsr”ə 0:8 hesabı ilə uduzub.

"Report"un məlumatına görə, 45 dəqiqə meydanda olan Kriştianu Ronaldu ardıcıl ikinci oyunda het-trik etməklə yanaşı, digər iki qolun vurulmasında da iştirak edib.

39 yaşlı portuqaliyalı Sadio Mane və Əbülməcid Əl-Süleyhimə məhsuldar ötürmə verib.

“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatında keçirdiyi 26 oyundan sonra 62 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Lider "Əl-Hilal"ın 74 xalı var.

Ronaldu bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 23 oyun keçirib, 26 qol vurub və 9 məhsuldar ötürmə edib.

Digər xəbərlər

FIFA AFFA-ya təşəkkür edib 31 mart, 2026 / 01:24