Ronaldu “Riu Ave” ilə yoxlama oyununda het-trik edib

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu Portuqaliyanın “Riu Ave” komandası ilə yoxlama oyununda het-trik edib.

"Report"un məlumatına görə, portuqaliyalı 44, 63 və 68-ci dəqiqələrdə fərqlənib.

Penaltidən 3-cü qola imza atan Ronaldu daha sonra əvəzlənib.

Qeyd edək ki, Ronaldunun iki yoxlama görüşündə 4 qolu var. Bundan əvvəl o, iyulun 30-da Fransanın “Tuluza” komandası ilə matçda (2:1) fərqlənib.

"Əl-Nəsr" - "Riu Ave" görüşü 4:0 hesabı ilə başa çatıb. Qarşılaşmada hesabı fransalı müdafiəçi Məhəmməd Simakan açıb.

Digər xəbərlər

Neftçi 5 il sonra ilkə imza atıb 16 fevral, 2026 / 10:36