Romelu Lukaku Türkiyə millisi ilə matçda iştirak etməyəcək

Belçika yığmasının futbolçusu Romelu Lukaku Türkiyəyə qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının oyununda iştirak etməyəcək.

"Report" xəbər verir ki, bu barədə Belçika Futbol Assosiasiyası məlumat yayıb.

33 yaşlı hücumçu zədə səbəbindən sözügedən matçda meydana çıxmayacaq.

Xatırladaq ki, noyabrın 12-də keçiriləcək Türkiyə - Belçika oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Digər xəbərlər