Bakı. 13 iyun. REPORT.AZ/ İtaliyanın "Roma" klubunun stadionunun tikintisi zamanı korrupsiyada şübhəli bilinən şəxslər saxlanılıblar.
"Report"un məlumatına görə, bu korrupsiya ilə əlaqədar 9 nəfər həbs olunub. Həbs olunan şəxslər arasında stadionun tərtibatçısı Luka Parnazi, iş adamları və siyasətçilər də var. Həbs olunanlardan 6-sı nəzarət altında, 3-ü isə ev dustaqlığındadır.
Qeyd edək ki, "Roma"nın yeni stadionu 2020-2021 mövsümünə hazır olmalıdır. Arena 52500 azarkeş tutumuna malik olacaq. Layihəi 300 milyon avro dəyərində qiymətləndirilir.