"Roma"nın futbolçusu mövsümü erkən başa vurub

İtaliyanın "Roma" klubunun futbolçusu Paulo Dibala zədə səbəbindən mövsümü erkən başa vurub.

"Report" xəbər verir ki, 31 yaşlı hücumçu A Seriyasının XXIX turunda, "Kalyari" ilə matçda sol ayağından zədələnib.

Argentinalı oyunçu yaxın günlərdə əməliyyat olunacaq.

P.Dibalanın 3 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Digər xəbərlər